adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Avqust 2017 15:05
6932
İDMAN
A- A+

ABŞ qarşısında tək qalacağıq

Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar məsələsində vahid mövqe formalaşdırması elə də asan olmayacaq.

Adalet.az xəbər verir ki, bunu "sputnik” agentliyinə müsahibəsində Rusiyanın Avropa Birliyindəki rəsmi nümayəndəsi Vladimir Çijov söyləyib.

O, Brüsselin Rusiyaya görə ABŞ-a qarşı cavab tədbirləri görməyəcəyini bildirib:

"Avropa Birliyinin hələlik bu məsələdə vahid fikri yoxdur. Berlin və Paris bu məsələdə xüsusilə aktivdirlər. Amma Amerikanın yeni sanksiyalarını dəstəkləyən ölkələr də var”.

Qeyd edək ki, bundan öncə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Avropa Birliyinin aparıcı dövlətləri, xüsusilə, Almaniya buna qarşı çıxıb. Rəsmi Berlin Vaşinqtonun bununla Rusiya qazının Avropaya ötürülməsinə maneə yaratmaq istədiyini bildirib.