adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Avqust 2017 13:57
8551
İDMAN
A- A+

Millimiz Sloveniya ilə oynayacaq

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirəcək. 

Adalet.az  Voleybol Federasiyasının feysbuk səhifəsinə istinadən məlumat verir ki, Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gələcək.

İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasına bu gün çıxacaq.

Qeyd edək ki, yığmamız Mariborda bu oyunlardan başqa, Belçika ilə də qüvvəsini sınayıb və 1:3 hesabı ilə uduzub.