adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Avqust 2017 21:59
2952
HADİSƏ
A- A+

Azərbaycanda 8 yaşlı uşağı ilan sancıb

Göyçayda ilansancma hadisəsi baş verib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qarabaqqal kəndində qeydə alınıb.Kənd sakini, 2009-cu il təvəllüdlü Fətullayev Zahid Ramin oğlu yaşadığı evin həyətində oynayarkən meyvə ağacının budağına çıxan ilandan xəbərsiz olub və ilan uşağın başından sancıb. Səkkiz yaşlı uşaq təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.


Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Uşağın vəziyyətinin ağır olduğu bildirilir.