adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Avqust 2017 21:41
24317
MARAQLI
A- A+

Tər qorxusundan qurtulmağın ƏN SADƏ YOLU

Yay aylarınra hər kəs tərləyir və bunun nəticəsində də yaranan xoşagəlməz qoxu insanlarda diskomfort hissi yaradır. Mütəxəssislər isə bildirir ki, insanın tərləməsi normal haldır və orqanizm üçün faydalıdır. Bəs bu halda pis qoxunu necə aradan qaldırmaq olar?

Adalet.az ailem.az-a istinadən faydalı məsləhət təqdim edir. Belə ki tərləyəcəksiniz, amma sizdən pis qoxu gəlməyəcək.

Bunun üçün sizə alma sirkəsi və limon lazımdır.

Tətbiq üsulu:Bir neçə damcı limonu və ya alma sirkəsini qoltuq altınıza sürtünün. Tərləsəniz də təxminən səkkiz saat qoxu hiss etməyəcəksiz. Unutmayın ki, sirkə qoxusu bir neçə dəqiqə içində uçur. Həmçinin qoltuq altınızın qaralmasından da şikayətçisinizsə limon damcıları buna da kömək edəcək.

Limonu və ya alma sirkəsini pambığa damcıladaraq istifadə edin. İstəsəniz alma sirkəsini bir az sulandırarak kiçik bir sprey şüşəsinə doldurub yanınızda da götürə bilərsiniz.