adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Avqust 2017 17:49
17492
ŞOU-BİZNES
A- A+

Məşhurlarımızın dincəldiyi otellərin qiyməti

Yay mövsümündə hamı kimi şou-biznes nümayəndələri də istirahətə yollanırlar. Kimi Türkiyədə, kimi İspaniyada, kimi də Rusiyada dincəlməyi xoşlayır. Bəs görəsən, onlar istirahətə nə qədər pul xərcləyirlər?

Adalet.az axşam.az-a istinadənşou-biznes nümayəndələrinin getdiyi otellərin qiymətini təqdim edir:

Bu yay müğənni Günay İbrahimli vəSevda YahyayevaBodrumda yerləşən "Titanic deluxe"də dincəlin. Beşulduzlu oteldə bir həftə istirahət 1400 dollardan başlayır.

AparıcıAytəkin Mərdanovabu yay ailəsi ilə birlikdə Kuşadasında istirahət edib. O, dincəldiyi "Aria claros beach and spa" adlı otelə bir həftə üçün 4 min manat ödəyib.

Xalq artistiZülfiyyə Xanbabayeva, prodüserTarix Əliyev(Tolik) və iş xanımıRuhi Əliyevabu il "Vogue Hotel Bodrum"da dincəlib. Sözügedən oteldə bir həftə istirahət 1500 dollardan başlayır.

MüğənniSamira Allahverdibeşulduzlu "Rixos premium" otelini seçib. Belekdə yerləşən bu məkanda istirahət 1900 dollardan başlayır.

AparıcıKamilə Babayevaistirahət üçün Bodrum, Fethiye, İzmir kimi məkanlara gedib. Onun Fethiyede qaldığı məkan isə "Joya Del Mar Boutique Hotel" adlanır. Burada istirahət isə 1300 dollardan başlayır.

MüğənniXəyyam NisanovBodrumun ən bahalı otellərindən olan "Mandarin Oriental"da qalır. Bu oteldə bir gün qalmaq 1200 manatla 2500 manat arasında dəyişir.

AparıcıVüsalə Əlizadəisə "Hilton Bodrum Turkbuku resort & spa"da dincəlib. Bodrumun ən bahalı otellərindən olan bu məkanda qiymətlər bir həftə üçün 1900 dollardan başlayır.

Klarnet ifaçısıHüseyn Məhəmmədoğluisə ailəsi ilə birlikdə "Nashira Resort & Aqua - Spa"da istirahət edib. Burada bir nəfər üçün bir həftəlik istirahət 2800 manatdan başlayır.