adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Avqust 2017 17:14
3336
HADİSƏ
A- A+

Bərdə və Hacıqabul sakinlərindən sənədsiz tüfənglər götürülüb

Polis əməkdaşları müvafiq sənədləri olmayan ov tüfənglərini götürüb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Nazırlı kənd sakini Vahid Yusibovdan müvafiq sənədləri olmayan "TOZ-20” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, aparılan profilaktiki söhbətlər nəticəsində Hacıqabul rayonunun Meyniman kənd sakini Musa Hümbətov müvafiq sənədləri olmayan "TOZ-16” markal ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.

Həmçinin Hacıqabul RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Atbulaq kənd sakini Tural Şıxalıyevin evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-12” markalı ov tüfəngi və 11 ədəd patron aşkar edilərək götürülüb.