adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Avqust 2017 17:02
7926
İDMAN
A- A+

“Qarabağ” ÇL-in qrupuna düşsə, nə qədər qazanacaq? - UEFA açıqladı

UEFA Çempionlar Liqasında mübarizə aparan klubların 2017/18 mövsümündəki gəlirlərini açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qrup mərhələsində itirak edəcək hər bir komanda 12,7 milyon avro qazanacaq.

Bu mərhələdəki hər qələbəyə görə əlavə 1,5 milyon, heç-heçəyə isə 500 min avro veriləcək.

1/8 finala vəsiqə qazanan klublar daha 6 milyon avro qazanacaq. 1/4 finalın mükafatı 6,5 milyon, yarımfinalın mükafatı isə 7,5 milyon avrodur.

Çempionlar Liqasının qalibi 15,5 milyon avro, finala çıxan komanda isə 11 milyon avro gəlir əldə edəcək.

Mübarizəni pley-off mərhələsində dayandıranlara isə əlavə olaraq 260 min avro veriləcək.

Xatırladaq ki, ÇL-dəki təmsilçimiz "Qarabağ” pley-offun ilk oyununda Danimarka "Kopenhagen”ini 1:0 hesabı ilə məğlub edərək qrup mərhələsinə yüksəlmək üçün yaxşı şans qazanıb.