adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Avqust 2017 16:28
3357
HADİSƏ
A- A+

Bulvarda qadın intihar etdi

Bulvarda intihar edən qadının meyiti dənizdən çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Parkda 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 50-55 yaşlarında olan qadın meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:40-da başa çatıb.