AQİL ABBAS: LOBANOVSKİ VƏ BİZİM QURBAN

AQİL ABBAS
469553 | 2017-08-19 21:24

SSRİ-də bir Lobanovski mifi vardı. Təkcə Sovetlər Birliyində deyil, bütün dünyadaməşhur idi. Bəlkə dünyada onun qədər çempionluqyaşayan, kubok alan, eləcə də gümüş və bürünc medallar qazanan ikinci bir məşqçiyoxdu. Avropa çempionu da olmuşdu, Avropa Super Kubokunu daqazanmışdı. Və bütün bu uğurları da «Dinamo» Kiyevin adına yazdırmışdı.

Çox qaradinməz, bizimQurban Qurbanov kimi soyuqqanlı, özünütərifdən uzaq və futbolçuları da öz doğmalarıkimi sevən təvazökar bir insan idi. Və mənim ən çox sevdiyim bir məşqçi idi. 90dəqiqə də oturardı ehtiyat oyunçularınınyanında və nehrə kimi çalxalanardı.

Sevinirəm ki, Lobanovskidəolan bütün əlamətlər bizim Qurbanda var. Amma Lobanovskinin «Dinamo» Kiyevi vardı, onun üçün oyunçuyetişdirən Odessası vardı, Donbası vardı, Luqanskı vardı, Simferopolu vardı, Lıvovu vardı və saysız-hesabsız uşaq futbol məktəbləri vardı.

QurbanQurbanovda isə bu imkanlar yoxdu. Bölgələrimizdəfutbol demək olar ki, çox zəifdi, olan futbol da futbol deyil, top-topdu. Lobanovskidə olan imkanlarQurban Qurbanovda olsa, eləcə də bu gün futboldan kənarda qalmış Böyükağa Hacıyev kimi, AğasəlimMircavadov kimi, Vaqif Sadıqov kimi məşqçilərimizdə olsa, onda Avropada təkcə «Qarabağ»və «Qəbələ» ilə deyil, daha çox komandalarla meydan sulayardıq.

Lobanovskidən iki misal çəkmək istəyirəm. Yeniyetmələr arasındaBuryakı kəşf edir. Arıq, cılız, top dəyəndə yıxılan, çəlimsiz bir uşaq. Lobanovski yüzdən çox yeniyetmənin içindən onu seçəndə hamıtəəccüblənir. Bu dahi məşqçi onu bölgədən gətirir Kiyevə. Düz bir il onun qulluğunda durur, heç ümumi məşqlərə də buraxmir. Yedirdir, içirdir, özü ilə qaçırdır,özü ilə məşq etdirir. Buryakı əsl idmançı formasına salır. Sonra Buryak bilirsinizdə nə oldu? Dünyanın ən güclü futbolçularındanbiri. 30-35 metrlikdən bu çəlimsiz oğlan cərimə zərbələrindən qol vururdu. Heç bugünki Messidəngeri qalmırdı.

İqorBelanov. O da Buryak kimi çəlimsiz. Lobanovski oyunçu seçməyə gedir gərəkki, Odessaya. Yüzdən çox gənc futbolçunu stadionda qaçırdırlar ki, Lobanovski onların nəfəslərini yoxlasın. Üçüncü dairəni heç başa çatdırmamış Belanov yorulur və oturur. Qaçış qurtarandan sonra Lobanovski Belanovu çağırır, deyir otur maşınıma, mənə sən lazımsan.Deyirlər ki, bu heç üç dəfə dairəni fırlana bilmədi, bunun nəfəsi yoxdu. Lobanovski gülür:

-Onun nəfəsi var, amma siz onu aça bilməmisiniz.

Sonra bilirsiniznə oldu? İqor Belanov 100 metr məsafəyə qaçışda SSRİ rekordu vurdu.

Bunları niyə yazıram?Yəni məşqçinin duyumu, hiss etməsi, oyunçunun potensialını görməsi, kəşf etməsi, onu öz balasıkimi sevməsi! Bütün bu xüsusiyyətlər bizimQurbanda da var.

Görün, Lobanovski kimləri yetişdirmişdi ey: Bloxin, Zavarov, Buryak, Belanov, Rats, Yaremçuk,Bal… Bunların hər biri bugünki futbol dünyasındayüz milyon qiyməti olan oyunçulardı. Və yuxarıda qeyd etdiyim kimi, bütün Ukrayna Lobanovskiyə işləyirdi, «Dinamo» Kiyevə işləyirdi. Amma onu da qeyd edim ki, bütün Ukrayna təkcə Lobanovskiyə işləmirdi. «Çernomorets» vardı,«OİK»i, «Şaxtyor»u, «Zaryas»ı, «Tavriya»sı, «Karpat»ı vardı. Bunlar hamısıyüksək liqada oynayırdılar, özü də həmişə medallar uğrundaoynayırdılar. Çempion da olurdular, gümüş, bürünc medallar da qazanırdılar.

Əhməd Ələsgərov«Çernomorets»i birinci liqadan götürüb bircə ilin içində yüksək liqaya daşımışdıvə elə həmin il də komandaya gümüş medal qazandırmışdı. Moskvanın futbol mafiozlarıbir azərbaycanlının belə bir uğuruna təbiiki, göz yuma bilməzdilər. Və Əhməd Ələsgərovuelə vurdular ki, neçə il özünü düzəldə bilmədi.

Bəli, Qurbanın Lobanovski kimi imkanları yoxdu, amma Lobanovski kimi duyumuvar, futbolçunu kəşf etməyi var, sevməyivar və hansı futbolçunu harda oynatmağı daçox gözəl bilir.

Qurbanın istədiyi xaricioyunçuları təbii ki, «Qarabağ»a gətirmək gücü (söhbət maliyyədən gedir) yoxdur.Amma seçdiyi oyunçular həmişə fərqli oyunçular olur, yəni aşağıqiymətə olsa da sayıb-seçə bilir. Və onlarıda komandaya həm uyğunlaşdıra bilir, həm də Lobanovski kimi potensiyalarını açmağı bacarır. Və artıq «Qarabağ»ın da öz oyun üslubunu, yəni fərqli oyun üslubunuqura bilib. Və istənilən zaman oyunvaxtı əlinin bir işarəsi ilə futbolçularonu anlaya bilir və taktikanı dəyişə bilir. Bir anın içində taktikanı dəyişmək də təbii ki,rəqib komandanı çaş-baş salır. «Kopenhagen»lə oyunda bunun bir daha şahidi olduq. Söhbət qələbədən getmir, bufutboldu – qələbəsi də var, məğlubiyyəti də. Söhbət komanda oyunundan gedir. Qurban bunu yaradıb.

Bilirsiniz Qurban niyə qaradinməz, adama yovuşmazdı? Çünki içində nə sevgi, hərarət varsa hamısınıfutbolumuza və futbolçularımıza verib.

Növbəti görüşdə dəqələbə qazanacağımıza yüz faiz əminəm. Məğlub olsaq da (dilim-ağzım qurusun) elədə böyük bir bədbəxtçilik yoxdu. «Qarabağ atları» artıq Avropameydanlarında qabaq ayaqları ilə yaşıl örtüklərieşir, od nəfəsləri ilə stadionları qızdırırvə «Qarabağ şikəstəsi» üstündə də kişnəyir. Türklərin yaxşı bir sözü var: «Avropa,Avropa, duy səsimizi, iştə, bu, türklərin ayaq səsləri!»

Avropa, Avropa, duysəsimizi,

İştə, bu, «Qarabağatları»nın ayaq səsləri.

«Kopenhagen»lə «Qarabağ»ımaliyyə məsələlərində, maddi-texniki bazaməsələlərində bir tərəziyə qoymaq olmaz.Ağır gələrlər.

Bir dəfə, təxminən20-21 il bundan əvvəl, Çexiyanın «Yablonets»komandası ilə görüşürdük, orda. Ağasəlim Mircavadovun sözü olmasın, onda «Qarabağ»futbolçuları peraşki ilə dolanırdılar, vitamin əvəzinə krant suyu içirdilər, oyunlara və məşqlərə marşrut avtobuslarlagedirdilər. Oyunçuların çoxu da ya zirzəmilərdə yaşayırdı, ya da yataqxanalarda.

Bəs, «Yablonets»innəyi vardı? Şəhərin əhalisi Ağdam şəhərinin əhalisindən az idi, 50 min sakini vardı. 15 minlik möhtəşəmbir stadionu vardı, bazada hər bir oyunçu iki otaqlı (içində hər cür şəraiti olan,mətbəxdən belə) bir mənzildə qalırdı. Ayrıca məşq stadionu vardı, bundan başqa60 metrlik əlavə bir məşq stadionu vardı. Örtülü bir zalları da vardı ki, yağış,çiskin olanda orda məşq etsinlər. Velotrekləridə vardı. Təbii ki, peraşki ilə də dolanmırdı.Həmin oyunda 5:0 uduzduq, böyük oğlum da mənimləydi. Uşaq üçüncü qoldan sonra yanımagəlib hönkür-hönkür ağlamağa başladı. Uşağıngöz yaşlarına dözməyib mən də qoşuldum ona.

Bəli, peraşkiylədemək olar ki, hər il Avropanın qapılarını döyə bilirdik.

İndi Allaha şükür,«Kopenhagen» kimi maddi-texniki bazaya malik olmasaq da, «Azərsun» «Qarabağ»a Avropastandartlarına yaxın maddi-texniki baza yaradabilib.

Tərəzidə «Kopenhagen»bizdən ağır gələr. Amma tərəzinin «Qarabağ» olan gözünə bütün bir xalqın sevgisi qoyulanda «Kopenhagen» gedir dalınca…

Stadionda bütün Azərbaycanvardı, o dediyim sevgi vardı. «Qarabağ» o sevgini özüylə aparacaq Kopenhagenə. Vətəbii ki, Avropada yaşayan azərbaycanlılar,türklər, eləcə də cənubi azərbaycanlılar komandamızı yalnız buraxmayacaqlar. Burdanapardıqları sevginin üstünə sevgi qatacaqlar.

Deyəcəksiniz,futboldan nə çox yazırsan? Futbol bütün idman növlərinin şahıdı. İstəyirəm biz dəşah taxtında oturaq. İstəyirəm «Kəpəz»də, «Neftçi» də, «İnter» də, «Zirə» də, «Sumqayıt» da, «Səbail» də bir dərs alsın,onlar da «Qarabağ» kimi, «Qəbələ» kimi oynasınlar. «Qarabağ» kimi, «Qəbələ» kimi Azərbaycana sevincbəxş eləsinlər.

Rəşad Sadıqovun birfikri ilə tamamlamaq istəyirəm yazımı. Almaniyaya uduzandan sonra Rəşada irad tutmuşdular ki, niyəalman hücumçularının qarşısını ala bilmədiniz?Təxminən belə bir cavab vermişdi:

- Onların qarşısınıkəsə bilsək gedib «Barselona»da, «Real»da, «Milan» da oynayarıq da.

Darıxma, dostum Rəşad,gün gələcək Messinin də qabağını kəsə biləcəksiniz,Suaresin də, Ronaldonun da, Məsud Özilin də. Hər şeyin zamana ehtiyacı var. Artıq o zamanyetişib.

Anadır arzulara hərzaman Qarabağ,

Oxuyan dil-dodağınə tardı, nə kamandı -

Qurban Qurbanovduvə uşaqlarıdı!..



TƏQVİM / ARXİV