POLİSƏ BÖHTAN ATANLAR

FAİQ QİSMƏTOĞLU
58382 | 2017-08-16 13:13

Yaxud yalan ayaqtutur və yeriyir

Biz Azərbaycan polisiilə bağlı mütəmadi olaraq qəzetimizdə yazılar dərc edirik. Polisin dövlətçiliyə xidmətindən, cinayətkarlığa qarşımübarizəsindən və ictimai asayişin qorunmasından çoxlu sayda yazılar qələmə almışıq. Təbii ki,dövlətə, dövlətçiliyə və ölkə Prezidentinə sadiq olan Azərbaycan polisi hər cürsevgiyə və qayğıya layiqdir.

Təəssüflə qeyd etməliyikki, bir çox saytlarda və KİV-lərdə Azərbaycan polisinin fəaliyyətinə kölgə salınır,hətta onlara şər və böhtanlar atılır. Bu şər və böhtanlar maraqlı qüvvələr tərəfindən sosial şəbəkələrdə və müxtəlifsaytlarda ildırım sürətilə yayılır. Ürəkağrısı ilə qeyd eləməliyik ki, bu cür şərvə böhtanı yazanlar polisin nə qədər əziyyətlə üzləşdiyini təəssüf ki, görmürlər.Onları ancaq qara məqamlar və şər-böhtanlar maraqlandırır. Əlbəttə, bu cür şər-böhtanlarbir çoxt halda ayaq tutur və yeriyir.

Ancaq haqq-ədalətgec-tez öz yerini tapır. Yəni ağa qara demək, haqqı tapdamaq, vicdanlı və namusluinsanlara böhtan atmaq günlərin bir günündə bumeranq kimi həmin adamların özlərinədəyir. Bir də görürsən ki, sosial şəbəkədə yol polisi ilə bağlı bir görüntü yayıldı.Və bu görüntüyə də baxanda bəzi insanlar düşünürlər ki, yol polisi gör sürücüyəqarşı necə ədalətsizlik eləyib?

Məsələn, bu yaxınlarda bir xanım sürücü yol polisiilə olan mübahisəsini sosial şəbəkədə yayıb. Və orda xanım sürücü hüququnun pozulmasındanvə haqlı olmasından ağuzdolu danışır. Amma həmin məsələ yol polisində araşdırılandansonra məlum olub ki, xanım sürücü kobud qayda pozuntusuna yol verib və polisin dəəmrinə tabe olmayıb. Eyni zamanda, həmin sürücü dəfələrlə cəriməsi olduğuna baxmayaraq,neçə ay keçsə də onu ödəməyib. Əlbəttə, bu cür araşdırmalar haqq-ədaləti üzə çıxarırvə kimin haqlı, kimin haqsız olmasını sübut edir. Ona görə də xanım sürücü barəsindətoplanmış materiallar tədbir görülməsi üçün adiyyəti üzrə məhkəməyə göndərilib.Bu isə o deməkdir ki, yol polisinə böhtan atdığına görə, həmin xanım sürücü məhkəmətərəfindən cəzalandırıla bilər. Çünki dediklərinya sübut olunmalıdır, ya da sübut olunmursa,sənin özün böhtançı kimi məsuliyyətə cəlb edilməlisən.

Ümumiyyətlə, sosialşəbəkələrdə polislə bağlı qərəzli informasiya yayanlar bir məsələni unutmamalıdılar.Ən azından ona görə ki, hər hansı məlumat adiyyəti orqanlar tərəfindən araşdırılır.Əgər günahı varsa, həmin polis məsuliyyətə cəlb edilir, günahı yoxdusa, onun haqqındaqeyri-obyektiv informasiyalar yayan sürücülər birmənalı olaraq məsuliyyətə cəlbedilməlidir.

Bir faktı da qeydedək ki, bütün sahələrdə olduğu kimi, bəzi halda polisin də fəaliyyətində neqativhallar var. Və bu cür hallar daim diqqət mərkəzində saxlanılır, nöqsanlara yol verənbir çox əməkdaşlar işdən azad edilir və onlar məsuliyyətdən kənarda qalmırlar. Ammagəlin onunla razılışaq ki, sutkanın 24 saatı ayaqüstə olan, qanunları icra edənvə bizim təhlükəsizliyimizi qoruyan, bəzilərinin haqsız yerə hücum etdiyi, söydüyüvə hətta təhqirdən belə çəkinmədiyi polislərdir. O polislər də bizim əmimiz, dayımız,qardaşımız və övladımızıdır. Niyə bəziləri Azərbaycan polisinin işıqlı və dəyərlitərəflərini görmək istəmir?

Ancaq «Ədalət» qəzetiolaraq biz həmişə Azərbaycan polisinin vətənpərvərliyini, dəyanətini və dövlətə,Prezidentə sədaqətini ön plana çəkmişik. İmkanımız qədər çalışmışıq ki, polisləbağlı məsələlərdə ədalətli olaq. Dəfələrlə biz ən çətin, ən ağır anlarda yol polsininyanında olmuşuq. Görmüşük ki, onlar ağır vəziyyətdə olan vətəndaşı necə ölümün pəncəsindənxilas ediblər.

Bir dəfə reyd zamanıYol Patrul Xidməti Alayının 6-cı tağımınınstasionar postunda Qazaxa gedən mikroavtobusda sərnişinin vəziyyəti ağırlaşmışdı.Onu sudurğa tutmuşdu. Ağır vəziyyətdə olan o insanı 6-cı tağımın naryad rəhbəriNamiq Əzizov əməkdaşlarla birlikdə postdakı otağına gətirdi. Həkim gələnə qədərhəmin xəstəyə isti çay verdilər, əllərini ovuşdurdular və ayağını isti suya qoydular.Həkim də gəldi, dedi ki, yol polisləri ilkin tibbi yardımı çox düz göstəriblər.Çünki xəstənin vəziyyəti yaxşılaşmışdı və o kritik andan çıxmışdı. Həkimlər də onumüayinə elədi, iynə vurdu və xəstə özünü daha da yaxşı hiss elədi. Bir saat postdakıotaqda uzanandan sonra xəstəni polis kapitanı Namiq Əzizov və əməkdaşlar həmin mikroavtobuslamənzilbaşına yola saldılar.

Yaxud başqa bir misal:1-ci tağımın əməkdaşı, polis serjantı Tusi Bayramzadə Bakı-Quba avtomobil yolunda xidmət apararkən görürki, dəmir arakəsmənin arasında yeniyetmə bir qız uşağı 2 saatdı soyuq havada qalıbyolu keçə bilmir. O, xidməti maşının mayakını yandıraraq geri qayıdır, yolu bağlayırvə uşağı qucağına alıb yolun o biri hissəsinə keçirir. Bununla da yeniyetmə qızmövcud təhlükədən xilas olur. Sosial şəbəkədəyol polisinin bu nəcib hərəkətini 300 mindən çox insan izləmişdi. Bax, bucür polis əməkdaşlarını sevməmək, hörmət etməmək olarmı?! Əlbəttə, olmaz!

Bir həftə bundanəvvəl Tovuz rayonundan Gəncəyə öz maşınında gəlinini doğum evinə aparmaq istəyənqayınatanın da maşını Yol Patrul Xidməti Alayının 9-cu tağımının postunda xarabolur. Həmin vaxt hamilə qadının vəziyyəti daha da ağırlaşır. Qızın qayınatası kritikvəziyyətlə bağlı posta yaxınlaşır, tağım komandiri, polis kapitanı Aqil Məmmədovabildirir ki, xəstənin vəziyyəti çox ağırdır. Əgər yol polisləri kömək eləməsə, oölə bilər. Tağım komandirinin göstərişi ilə təcili olaraq polis serjantı Xəyal Məmmədovxəstəni və onun qohumlarını xidməti maşına əyləşdirir və Gəncə istiqamətinə hərəkətedir. Xəyal Məmmədov tez bir vaxtda xəstəni Gəncədəki doğum evinə çatdırır və özüxəstəyə kömək edərək ona yardım edilməsini xahiş edir. Həkimlərin operativ müdaxiləsiilə hamilə qadını ölümün pəncəsindən xilas edir və o, dünyaya qız uşağı gətirir.Həmin qadının qohumları isə uşağın adını Xəyalə qoyurlar. Qızın qayınatası bildirirki, oğlan olsaydı, Xəyal qoyacaqdım. Amma qız oldu, Xəyalə qoydum. Bir daha bizəkömək göstərdiyinə görə və gəlinimin həyatını xilas etdiyi üçün Yol Patrul XidmətiAlayının 9-cu tağımına və rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Nə yaxşıki, bu cür xeyirxah insanlar var!

Görürsünüzmü, bizüç epizodu yada saldıq. Və hər üç epizodda çətin vəziyyətdə olan insanları yol polisixilas edir və onları həyata qaytarır. Bu cür anlar və məqamlar inanın, tez-tez başverir. Sadəcə olaraq, bəzi ürəyi qara və paxıl insanlar bunu görmək istəmirlər.Amma çox nahaq yerə! Çünki həqiqət və haqq-ədalət gün işığı kimi bir şeydi. Onunqarşısını qara buludlar nə qədər alsa da, bir müddətdən sonra bu gün işığı göy üzündəgörünür və hər tərəfi öz nuruna bələyir. Ona görə də Azərbaycan polisinə nə qədər böhtan atılsa da, bu onlara yapışan deyil. Ən azından ona görə ki, onların arasında dövləti,milləti və xalqı sevən minlərlə əməkdaşlar var.


TƏQVİM / ARXİV