adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Avqust 2017 12:38
4943
MƏMLƏKƏT
A- A+

Sabah yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.