adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Avqust 2017 10:38
10675
DÜNYA
A- A+

Rusiyanın Xəzər donanması həyəcan siqnalı ilə qaldırıldı

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanması təlimlər üçün həyəcan siqnalı ilə qaldırılıb.

Bu barədə "İnterfaks"a RF Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnikVadim Astafyev məlumat verib. O bildirib ki, komanda-qərargah təlimləri çərçivəsində Xəzər donanmasının hərbi hissələri və gəmiləri hərbi hazırlığın yoxlanılması üzrə tədbirlər yerinə yetirir: "Təlimlərə 1500 hərbçi, 20-dən çox hərbi və təminat gəmiləri, 200 ədəd hərbi və xüsusi texnika cəlb olunub. Həştərxan vilayəti və Dağıstan Respublikasında dislokasiya olunmuş sahilyanı hərbi hissələr həyəcan siqnalı ilə qaldırılıb və hərbi-təlim vəzifələrinin yerinə yetirilməsinə başlayıb".

Təlim çərçivəsində döyüş gəmilərinin ekipajları yüksək dərəcəli döyüş hazırlığı siqnalı aldıqdan sonra dənizə çıxış və silah tətbiq etməyə hazırlığı sınaqdan keçiriblər. Hava hücumundan müdafiə və baza yerlərinin maskirovkası üzrə də təlimlər olub.(apa)