adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Avqust 2017 10:19
15769
KRİMİNAL
A- A+

Qardaşı arvadını döydü, sonra evini yandırdı

Qazax rayon sakini qardaşının həyat yoldaşını öldürməyə cəhd edib.

Hadisə rayonun Birinci Şıxlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Əhmədov Valeh Qurban oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı Həsənova Ceyhunə Eldar qızını döyüb. V.Əhmədov qadının başına ağır çəkiclə zərbələr endirib. C.Həsənova ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən V.Əhmədov daha sonra həmin evi də yandırıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən V.Əhmədov saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlayıb.

Hadisəni törədən V. Əhmədovun psixi xəstə olduğu deyilir.(trend)