adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Avqust 2017 10:00
11558
İDMAN
A- A+

“Qarabağ” Azərbaycanın reytinq xalını artırdı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin startı Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir edib.

Qol.az-ın məlumatına görə, pley-offun ilk matçında "Kopenhagen”i 1:0 hesabı ilə məğlub edən çempionumuz Azərbaycanın reyqin aktivini daha 0.250 xalla zənginlışdirib.

Hazırda Azərbaycan 17.625 reytinq xalı ilə yenə də 22-ci pillədə qərarlaşıb. Buna qədər bizi 1 pillə qabaqlayan Kipr APOEL-in "Slaviya” üzərindəki qələbəsindən (2:0) sonra bir pillə irəliləyib.
Əvəzində Rumıniya 18.650 xal 21-ci yerə enib.

Qeyd edək ki, cari mövsüm qazanılan 2.875 xalın 1.125-i "Qarabağ”ın, 0.750-si "İnter”in, 0.625-i "Zirə”nin, 0.375-i isə "Qəbələ”nin aktivindədir.