adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Avqust 2017 09:08
3159
GÜNDƏM
A- A+

DAĞLAR QƏDƏR ƏZƏMƏTLİ... ŞƏKİ

(əvvəli ötən sayımızda)

Rayonda barama istehsalının artırılması da daim diqqət mərkəzində saxlanmış və bu il 17,7 ton barama istehsal olunmuşdur ki, bu da ötən ilin istehsalından 8 ton çoxdur. Tütünçülüyün inkişaf etdirilməsi və istehsalçıların marağının müdafiə olunması məsələsi də Şəki şəhər icra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. Bu il rayonda 843 hektar sahədə tütün əkilmişdir ki, bu da ötən ildən 58 hektar çoxdur.
Qərzəkli meyvələrin vacib kənd təsərrüfatı məhsulu olması, təbabətdə və şirniyyat istehsalında önəmli rol oynaması, rentabelli olması və sair amillərə görə istehsalının genişləndirilməsinin vacibliyini nəzərə alaraq əhali arasında yeni qərzəkli bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir və bu sahəyə xarici investorların cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Cənab Prezidentimizin qarşıya qoyduğu vəzifədən irəli gələrək 2016-cı ilin payız mövsümündə Şəkidə 724 hektar, 2017-ci ilin yaz mövsümündə 58,5 hektar sahədə yeni fındıq bağı salınmışdır. Rayonda fındıq bağlarının ümumi sahəsi 1761,5 hektara çatdırılmışdır.
Cənab Prezidentimizin kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu əsas vəzifələrdən biri də yararsız torpaqların istifadəyə cəlb olunması, yeni kənd təsərrüfatı texnikalarının alınması, iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir. Nazirlər Kabinetinin 2017-ci ilin I yarısının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident qeyd etmişdir ki, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən əsas sahədir. Cənab Prezident demişdir: "Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır".
Məhz cənab Prezidentin tapşırığına uyğun olaraq rayonda meyvə, tərəvəz, istixana təsərrüfatı, povloniya ağaclarının yetişdirilməsi və orqaniq gübrə istehsalı ilə məşğul olan "Sənaye-Aqro Park " yaradılmış, 78 hektar ərazidə İtaliyadan və Fransadan gətirilmiş müxtəlif meyvə - ərik, şaftalı, armud və gavalı tingləri əkilmişdir. Əlavə olaraq həmin ərazidə 24 hektar sahədə mebel sənayesinin inkişafı məqsədilə Türkiyədən gətirilmiş pavloniya ağacları əkilmişdir.
Hazırda bağda 200 nəfər işlə təmin olunmuşdur. Ərazidən bu il 500 tona yaxın məhsul əldə olunmuş və yerli bazarlara çıxarılmışdır. Bu layihə ixrac layihəsidir. Gələn il məhsulun xarici bazarlara çıxarılması üçün məqsədyönlü iş aparılır.
Rayonun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də dinamik inkişaf təmin edilir. Hazırda rayonda 71 942 baş iribuynuzlu, 316 862 baş xırdabuynuzlu, 271 334 baş ev quşları və 5054 arı ailəsi mövcuddur. 2017-ci ilin I yarısında rayon üzrə 5061 ton diri çəkidə ət, 30382 ton süd, 14157 min ədəd yumurta istehsal olunmuşdur. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıçıl davam etdirilir, yem tədarükü işləri uğurla həyata keçirilir. Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələlərdəndir.
2017-ci ilin I yarısında Şəkidə yenidənqurma, tikinti-quraşdırma işləri davam etdirilmiş, ilin əvvəlində şəhərimizdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdiqlənmişdir. İl ərzində şəhərin 8 küçəsində yolların əsaslı təmiri nəzərdə tutulur. Şəhərin 7 küçəsində su arxları yenidən qurulacaq, 6 küçədə yararsız vəziyyətə düşmüş fərş daşı , səkilər təmir ediləcəkdir. Mənzil fondunun təmiri üzrə 5 ədəd coxmənzilli ictimai yaşayış binalarının dam örtükləri əsaslı təmir edilərək yenidən qurulacaq, 19 yaşayış binasının blokları əsaslı təmir ediləcək, həyətlərində abadlıq işləri aparılacaq. Cari ilin 6 ayı ərzində M.Ə. Rəsulzadə prospektində yerləşən 6 ədəd, S. Rəhman küçəsində yerləşən 2 yaşayış binasının bloklarında təmir işləri aparılmış, 4 çoxmənzilli yaşayış binasının dam örtüyü əsaslı təmir edilmişdir. "Yuxarıbaş Dövlət Tarix Memarlıq Qoruğu" ərazisində yolların dağılmış hissələrinin yenidən qurulması nəzərdə tutulmuşdur. Həmin ərazidə fərdi yaşayış evlərində təmir, tikinti işləri aparılarkən milli-memarlıq üslubuna əməl edilməsinə nəzarət edilir.
Müddət ərzində rayonun normal və fasiləsiz elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. 2017-ci iln I yarısında 647 yeni mənzil təbii qazla təmin edilmişdir. Hazırda 9 yaşayış məntəqəsi üzrə qazlaşdırma işləri davam etdirilir.
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Sevindirici haldır ki, rayonumuzun şagirdləri bir çox respublika səviyyəli müsabiqələrdə uğurla çıxış etmiş və uğur qazanmışdır. Artıq buraxılış imtahanları sona çatmış, IX siniflər üzrə imtahana buraxılmış 1927 nəfər şagirdin 109 nəfərin şəhadətnamə qiyməti, XI siniflər üzrə imtahana buraxılan 1688 nəfər şagirddən isə 245 nəfərin attestat qiyməti "5" olmuşdur.
Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2017-ci ilin I yarısında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.
Prezidentin tapşırıq və tövsiyəsinə uyğun olaraq fevralın 15-dən başlayan əhalinin dispanzerizasiyası respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də uğurla aparılır. Bu məqsədlə Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüşdür. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir.
2017-ci ilin I yarısında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.
Nazirlər Kabinetinin 2017-ci ilin I yarısının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident ölkəmizdə turizmin inkişafı ilə bağlı bir sıra problemlərin olduğunu xüsusi vurğulamış, bu əhəmiyyətli sahənin inkişafı ilə bağlı konkret tapşırıqlar vermişdir. "Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbi bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır". Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Şəkidə il ərzində xalqımızın zəngin mədəni irsinin təbliğinə həsr olunan müxtəlif festivalların keçirilməsi də rayonda turizmin inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir. 2017-ci ilin I yarısında Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 117 cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınan cinayətlərdən 98,4 faizinin açılması təmin edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon polis Şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 24 fakt aşkar edilmişdir.
Respublikamızda ordu quruculuğunun möhkəmləndirilməsi, gənclərin hərbi xidmətə çağırışının həyata keçirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi ölkə rəhbərliyinin daim diqqət və nəzarətindədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2017-ci ilin I yarısında 240 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.