adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Avqust 2017 22:30
27415
SİYASƏT
A- A+

Putin hərbi büdcənin ixtisarından danışdı

2018-ci ildə federal büdcə müdafiə xərclərinin ixtisarını nəzərdə tutur.

Adalet.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Dövlət Dumasında "Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyevlə görüşdə prezident Vladimir Putin deyib.

Amma bu ordu və donanmanın yenidən təchizatı üzrə planlara təsir etməyəcək.

"Mən xatırlatmaq istəyirəm, növbəti il müdafiə xərclərinin ixtisarının hesabına büdcənin əhəmiyyətli ixtisarı nəzərdə tutulur. Bu, ordu və donanmanın yenidən təchizatı üzrə planlarımızın ixtisarı ilə bağlı deyil. Biz dövlət sifarişlərini yerinə yetirəcəyik”, - Putin bildirib.

Onun sözlərinə görə, Dövlət Duması ölkənin əsas maliyyə sənədinin hazırlanması zamanı yaranacaq suallara çox diqqətli baxmalı olacaq.

Vasilyev bildirib ki, federal büdcə haqqında qanunun üzərində iş başlanğıcda çətin idi, amma deputatlar prezident tərəfindən verilmiş tapşırığı yerinə yetirdilər.