adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Avqust 2017 21:43
3193
İDMAN
A- A+

Avropanın ən yaxşı futbolçusu kim olacaq? - Ronaldo, Messi...

UEFA Avropada 2016/2017 mövsümünün ən yaxşı oyunçusu adına üç namizədi açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bunlar "Real"ın hücumçusu Kriştiano Ronaldo, "Barselona"nın hücumçusu Lionel Messi və"Yuventus"un qapıçısı Canluici Buffondur.

Qalib ötən mövsüm Çempionlar Liqası və Avropa liqasının qrup mərhələsində iştirak edən 80 klubun baş məşqçisi və Avropa İdman Mediasının seçdiyi 55 jurnalistin səsverməsinə əsasən müəyyənləşəcək.

Avropanın ən yaxşı oyunçusunu adı avqustun 24-ü Monakoda keçiriləcək ÇL-in püşkü zamanı açıqlanacaq.