adalet.az header logo
  • Bakı 13°C
15 Avqust 2017 16:30
4974
GÜNDƏM
A- A+

“Günəşli” yatağında əlavə 8 quyu qazılacaq

"Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq.

SOCAR-dan Adalet.az-a verilən məlumata görə, şirkətin "Azneft” İB-nin sifarişi ilə "Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında ''Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır.

Layihənin baş podratçısı "Neftqaztikinti” Trestidir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir.

İşlər çərçivəsində indiyədək 1 dəst istiqamətləndirici boru, həmçinin suayrıcı borular hazırlanıb, 2 və 3 saylı modulların alt şitinin rekonstruksiyası tamamlanıb, yeni quyuların yerləri üçün quraşdırma işlərinə başlanılıb