adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Avqust 2017 14:29
4430
GÜNDƏM
A- A+

Metrodan istifadə edənlərin sayı artıb

2017-ci ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 126,2 mln. ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, yüklərin 3,7 faizi dəniz, 6,7 faizi dəmir yolu, 0,1 faizi hava, 62,4 faizi avtomobil nəqliyyatı, 27,1 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 4,4 faiz artaraq 94,6 mln. ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,1 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 80,5 faiz təşkil edib.
2017-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1085,9 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 12,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-iyul ayları ərzində 8,4 mln. ton yük, 1,4 mln. sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,6 faiz, sərnişin daşınmasında isə 30,0 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 353 vaqon yüklənib, 408 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,5 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib. Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4608,4 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,6 faiz artıb. Yüklərin 48,5 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 6087,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5853,3 min tonunu və ya 96,1 faizini tranzit yüklər təşkil edib.
2017-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 144,3 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 11,1 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 78,9 milyon ton yük, 950,2 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 faiz və 1,7 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,1 faiz, sərnişin dövriyyəsi isə 1,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,1 faiz artaraq 132,9 milyon nəfər olub.

Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 1285,2 min və ya 21,3 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 6,4 faiz artaraq 90,8 min tona çatıb.