adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Avqust 2017 14:17
17894
KRİMİNAL
A- A+

Bakıda avtomobil oğruları tutuldu

Avqustun 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Fərhad Seyidova məxsus "VAZ-2106” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Əziz Paşayev tutulub.

Bundan başqa, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Bakı şəhər sakini Ceyhun Cabbarlıya məxsus "Nissan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Elnur Şahbazov saxlanılıb.