adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Avqust 2017 13:29
6363
İDMAN
A- A+

İngiltərə Premyer Liqası tarixinin ən gözəl qolu - Video

BBC İngiltərə Premyer Liqası tarixinin ən gözəl qolunu seçib.

Qol.az-ın məlumatına görə, BBC oxucuları arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Arsenal"ın əfsanəvi yarımmüdafiəçisi Dennis Berqkampın 2002-ci il martın 2-i "Nyukasl"a vurduğu qol ölkə çempionatı tarixinin ən yaxşısı seçilib. Bu qol 31 faiz səs toplayıb.

İkinci yeri "Lids”in hücumçusu Toni Yeboanın 1995-ci ildə "Uimbldon”un qapısına vurduğu qol (29 faiz) tutub.

"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runinin 2011-ci ildə "Mançester Siti”yə vurduğu qol (22 faiz) isə 3-cü olub.