adalet.az header logo
  • Bakı 20°C
15 Avqust 2017 12:16
4282
SAĞLAMLIQ
A- A+

6 ayda 68 mindən çox körpə doğulub

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulmuş körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 nəfər təşkil edib.

Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.

Qeyd edək ki, doğulan körpələrdən 1208-i əkiz, 27-si üçəmdir.