adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Avqust 2017 11:08
8733
MƏMLƏKƏT
A- A+

Sərhəd Xidməti Xəzərdə genişmiqyaslı təlim keçirdi - Fotolar

"Xəzər dənizinin Azərbaycana mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliy­yatları keçirməklə terror­çu qrupların zərərsizləş­dirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzu­sun­da taktiki təlim keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Adalet.az-a verilən məlumata görə, itisürətli və yüksək üzmə qabi­liyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıq­la, müasir silahlarla təchiz edilən sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdir­iblər.

Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyə­tinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə sərhəd axtarı­şının aparıl­ması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğuların­dan atışların keçirilməsi üzrə praktiki vərdiş­lərin təkmilləş­diril­məsi olub.

Üç mər­hələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə axtarış əməliy­yatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qru­pun helikopter vasitəsilə gəmiyə desantlaş­dırıl­ması, gəmidə şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləş­dirilməsi, dayan­dırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi, küt­ləvi qırğın silahlarının kom­ponentlərinin və narkotik vasi­tələ­rin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleks­ləri və zenit-artilleriya qurğu­ların­­­dan suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş apara­tının və tələblərə tabe olmayan üzmə vasitəsinin, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının aşkarlanması və məhv edil­məsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.

Təlimdə qarşıya qo­yulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm inti­zam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­liyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər də­nizin­də dövlət sərhəd­lərinin etibarlı mü­hafizəsinin, döyüş hazırlığının daha da yüksəldilmə­si­nin, neft-qaz hasilatı və daşınması infrastruk­turunun təhlü­kə­siz­liyi­nin təmin edilmə­sinin Dövlət Sərhəd Xidmə­tinin əsas vəzifələrindən biri olmasını vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­dirilməsi və şəxsi heyətin peşəkar­lığının daha da artırılması üzrə tapşırıqlar verib.