adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Avqust 2017 10:52
23992
KRİMİNAL
A- A+

Bakıda kütləvi dava - xəsarət alan var

Bakıda kütləvi dava olub.

Adalet.az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonu ərazisində, Mikayıl Rəfili küçəsində qeydə alınıb.

Belə ki, Bakıdakı restoranlardan birində xidmətçi işləyən və adları hələlik məlum olmayan 4 nəfər iş yoldaşları Kamal Məmmədovu döyüblər. Onlar dava zamanı K.Məmmədovun baş nahiyəsinə küt alətlə, habelə bədəninin ayrı-ayrı nahiyələrinə şüşə qırıqları ilə xəsarətlər yetiriblər.

K.Məmmədovu döyənlər hadisədən sonra ərazidən uzaqlaşıblar. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.