adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Avqust 2017 10:24
4117
İDMAN
A- A+

“Qarabağ” bu gün “Kopenhagen”lə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.

Adalet.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn "Qarabağ” öz meydanında Danimarkanın "Kopenhagen” komandasını qəbul edəcək.

Görüş saat 20:00-da Tofiq Bəhrəmaov adına Respublika Stadionunda baş tutacaq.

Komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.