adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Avqust 2017 22:41
22102
MƏDƏNİYYƏT
A- A+

Handenin yeni serialının adı bəlli oldu

Aktrisa Hande Soralın yeni serialının adı bəlli olub.

Adalet.az axşam.az-a istinadən bildirir ki,aktrisa "İsimsizler" serialının heyətinə qatılıb. Sonuncu dəfə "Evlat kokusu" serialında baş rolda çəkilən Hande ekran işində Handan rolunu canlandıracaq.

30 yaşlı Soral "İsimsizler"in payız mövsümündən etibarən yayımlanacaq seriyalarında tamaşaçı qarşısına çıxacaq.

Qeyd edək ki, baş rolda Uğur Güneşin çəkildiyi "İsimsizler" gözünü qırpmadan vətən uğrunda canını fəda edən qəhrəmanların həyatından bəhs edir.