Ağcabədidə taxıl sahəsi yanıb
Ağcabədidə 40 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunub.
Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.