adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Avqust 2017 22:02
7137
İDMAN
A- A+

“Razıyam, əvvəlki formamdan uzağam” - Almeyda

"Bizi asan oyun gözləmədiyini bilirik. Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbrli olmalıyıq. Öz gücümüzə inanmalıyıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının pley-off mərhələsində sabah "Kopenhagen”lə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

Braziliyalı yarımmüdafiəçi "Son vaxtlar əvvəlki kimi oynamamağının səbəbi yaşla bağlıdır” sualını belə cavablandırıb: "Razıyam ki, əvvəlki formamdan uzağam. Nəzərə alın ki, qasıq nahiyəmdən zədə almışdım. Əvvəlki formama qayıtmaq üçün üzərimdə çox çalışıram. Dediyiniz amillərin bununla heç bir əlaqəsi yoxdu”.