adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Avqust 2017 21:12
7663
MƏMLƏKƏT
A- A+

Sabah Xızıda Macarıstanla birgə istilik kompleksinin təməli qoyulacaq

Sabah Xızıda "CTC Holding" tərəfindən Macarıstan şirkətləri ilə birgə tikilən istilik kompleksinin təməlqoyma mərasimi keçiriləcək.

Adalet.az xəbər verir ki,Trend bu barədə Macarıstanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

İstilik kompleksi 210 min kvadrat metr ərazidə yerləşəcək. Onun dəyəri isə 17,2 milyon avro təşkil edəcək.

Qeyd edək ki, layihəni Macarıstanın "EXİM Bank"ı maliyyələşdirir.