adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Avqust 2017 21:00
15555
DÜNYA
A- A+

Nepalda daşqınlar - 60-dan çox ölü

Nepalda aramsız yağan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 66 nəfər həlak olub.

Daha 35 nəfər itkin düşmüş hesab edilir.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd olunur ki, bir sıra bölgələrdə sakinlərin və turistlərin təxliyəsinə fillər də cəlb edilib. Ümumilikdə 300-ə yaxın turist fillərin köməyi ilə təxliyə olunub.

Yağıntılar Nepalda avqustun 11-dən davam edir.