adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Avqust 2017 17:04
21216
SİYASƏT
A- A+

Medvedev Astanada Karapetyanla görüşüb

Bu gün Astanada Ermənistanın baş naziri Karen Karapetyanla Rusiyanın hökümət rəhbəri Dmitri Medvedev arasında görüş keçirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökümətinin media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Görüşdə iqtisadi əlaqələr, erməni-rus əməkdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bu gün Astanada Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir.