adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Avqust 2017 17:02
21867
SİYASƏT
A- A+

Növbəti xəbərdarlıq: Nüvə müharibəsi başlaya bilər

Şimali Koreya ətrafındakı mövcud münaqişə nüvə müharibəsinə gətirib çıxara bilər. Bunu "Märkische Allgemeine Zeitung” nəşrinə müsahibəsində Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib.

Nüvə müharibəsinin mümkünlüyü ilə bağlı narahatlıqların şişirdilməsi ilə bağlı sualı cavablandıran nazir: "O, istisna deyil. Amma müharibədə də adi silahların tətbiqi çoxlu sayda insanın həyatına son qoyacaq” - deyə nazir bildirib.

Z. Qabriel ABŞ və Cənubi Koreyanı avqustun 21-də planlaşdırılan hərbi təlimi "mümkün qədər az təhrikedici formada” keçirməyə çağırıb. O, qeyd edib ki, əks halda Şimali Koreya bu təlimləri bəhanə edərək Guam adasına orta mənzilli raketlərlə zərbə endirmək kimi yeni təxribatlara əl ata bilər.

Bundan başqa, nazir kansler Angela Merkelin NATO ölkələrinin silah arsenalının artırılması üzrə tələbləri ilə bağlı mövqeyini də tənqid edib. O həmçinin qeyd edib ki, Bundestaqa keçirilən seçkilər bu məsələdə həlledici olacaq.(azvision)