adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Avqust 2017 17:00
21469
SİYASƏT
A- A+

Merkel Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləyir

Almaniya kansleri Angela Merkel BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyir.

Merkel bu barədə Almaniyanın "Phoneix" telekanalına müsahibəsində deyib. O, bildirib ki, Şimali Koreyaya təzyiq etmək məqsədi ilə yenidən onun nüvə proqramları haqqında danışıqlar aparılmalıdır.

"Aydındır ki, problem sülh yolu ilə həll olunmalıdır. 6+1 formatında olduğu kimi danışıq formatı tapmaq lazımdır”.

Merkel, həmçinin bildirib ki, Təhlükəsizlik Şurasının daimi üzvülərinin gələcəkdə də Şimali Koreya məsələsində vahid mövqe tutacaqlarına ümid edir.(azvision.az)