adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Avqust 2017 16:37
21999
SİYASƏT
A- A+

Moldova prezidenti: Ölkə heç bir hərbi bloka daxil olmayacaq

Moldova Prezidenti İqor Dodon respublikanın hərbi bloklara daxil olmasına icazə verməyəcək.

Bunu Moldova prezidenti hərbi poliqonların birinə səfəri zamanı deyib.

O vurğulayıb ki, Moldova istər NATO, istərsə də digər blokların heç birinə üzv olmamalıdır.

Qeyd edək ki, Moldovada Bulboaka hərbi poliqonunun ABŞ-ın maliyyə yardımı ilə müasirləşdirilməsi ölkədə müəyyən narazılıqların yaranmasına səbəb olub.(Trend)