adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
14 Avqust 2017 15:56
12879
MƏMLƏKƏT
A- A+

“CODEX GROUP” dövlət orqanlarına qəbulla bağlı seminar keçirib

"CODEX GROUP” hüquq şirkəti 13 avqust 2017-ci il tarixdə dövlət orqanlarına qəbulla bağlı seminar keçirib. Seminarın əsas məqsədi dövlət qulluğuna, prokurorluq, ədliyyə, vergi, gömrük, polis, miqrasiya və digər dövlət orqanlarına qəbulla bağlı gənclərin maarifləndirilməsi, onlara bu barədə zəruri biliklərin və istiqamətin verilməsi olub.

Seminarda yüksək bilik və pedoqoji təcrübəyə malik təlimçilər, peşəkar hüquqşünaslar, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və digər icra hakimiyyəti orqanlarının əməkdaşları iştirak ediblər.

Seminar iştirakçıları dövlət orqanlarına qəbulla bağlı qeydiyyat, yaş həddi, ixtisasa uyğun seçim, vakansiya, müsabiqə və müsahibə mərhələləri, imtahan sualları, imtahan zamanı zəruri davranış qaydaları, kariyera seçimi ilə bağlı suallara ətraflı cavablar alıb, təlimçi və dövlət orqanlarının əməkdaşları ilə mövzu ilə bağlı birbaşa ünsiyyətdə olublar.

Bundan başqa seminar iştirakçıları "Codex group” hüquq şirkətinin dövlət orqanlarına hazırlıq kursları barədə də məlumatlandırılmışlar.