adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Avqust 2017 15:06
8119
GÜNDƏM
A- A+

VALLAH, BU MİLLƏTƏ GÖZ DƏYƏSİDİ

Allah sənə rəhmət eləsin, Qürbət Əziz! Lütfü Zadənin vəsiyyəti aləmi qatdı bir-birinə. Saytlar, sosial-şəbəkələr partladı. Allah-Allah, bu millət onun qanını daşıyan bir dahisinə nələr qalmadı deməsin, yazmasın? Hələ davam edir. Hətta millətin bəzi ziyalıları da Lütfü Zadəyə nifrətini gizlədə bilmədi. O adam sizə nə edib ki, bu qədər söyürsüz? Deyəcəksiniz ki, heç nə etməyib, ona görə söyürük.

Lütfü Zadənin azərbaycanlı alimlərə göstərdiyi diqqət və qayğını bilmək istəyirsizsə şair dostumuz, görkəmli alim Əhməd Qəşəmoğlunun saytlarda yayımlanmış söhbətini tapın oxuyun. Bir də Lütfü Zadə əlinə avtomat alıb gəlib Qarabağda vuruşmalıydı?

Telejurnalist Eldəniz Elgünün vaxtilə «Space»də yayımlanan bir gözəl layihəsi vardı: «Bu bizik».

Bəli, Eldəniz bəy, bu bizik!