Aqil ABBAS:ÖPEYİM, AY SƏNİN ANANI, DÜNYA İCTİMAİYYƏTİ

AQİL ABBAS
108089 | 2017-08-15 10:00

İctimai Televiziyada«Xəbərlər» proqramı başlarkən belə bir fikirxüsusilə vurğulanır: «Azərbaycanın 20 faiz torpağı Ermənistan Silahlı Qüvvələritərəfindən işğal olunub, dünya ictimaiyyəti hələ də susur»!

Son zamanlar jurnalistlərinməndən açıqlama istədikləri məsələlərdə bir sual həmişə təkrarlanır: «… Bu məsələyədünya ictimaiyyəti necə baxır?»

… Kəndlərimiz ErmənistanSilahlıı Qüvvələri tərəfindən raket, minamyot yağmuruna tutulur, dünya ictimaiyyətibu məsələyə necə baxır?

… Dinc sakinlər qırılır,dünya ictimaiyyəti…

… İki yaşlı Zəhranənəsi ilə birlikdə ermənilər tərəfindən qətlə yetirilir, dünya ictimaiyyəti…

… Tovuzda 13 yaşlıuşaq ermənilər tərəfindən vurulur, dünya ictimaiyyəti…

Qardaşlar, KəlbəcərdəAğdaban yandırılanda… onlarla dinc sakin qətlə yetiriləndə… Qaradağlıda adamlarısüngüylə doğrayıb quyuya tökəndə… Qarakənddə vertolyotumuzu vurub Azərbaycanın say-seçməoğullarını qətlə yetirəndə… Xocalıda soyqırım törədiləndə, körpə-körpə balalarımızıdoğrayanda, qadınlarımızın əmcəyini kəsəndə… və sair və ilaxır… dünya ictimaiyyəti bu məsələlərə necə baxırdısa,2 yaşlı Zəhranın ölümünə də elə baxır.

Ağdamda iki-üç ilbundan əvvəl 9 yaşlı bir uşağı bilirsiniz nəylə vurmuşdular? Snayperlə! Yəni o gülləni atan erməni onun qoyun otaran körpə uşaq olduğunu çox gözəl bilirdi. Səməd Vurğunun təbirincə desək:

Səngərdə oturmuş bir yağı,

Sınamaq istəmiş öz naqanını

Günahsız körpənin tökmüş qanını…

İndi həmin 9 yaşlı o balamızı erməni öz snayperinisınamaq üçün qanını tökəndə dünyaictimaiyyəti hara baxırdısa, 2 yaşlı Zəhrada öləndə dünya ictimaiyyəti ora baxırdı.

Dünya ictimaiyyəti,yox bir qaşqaldaq… Dünya ictimaiyyəti var?Hər gün Suriyada, İraqda, Fələstində, Somalidə,Nigeriyada, day nə bilim harda yüzlərlə zəhralar qətlə yetirilir, bu qaşqaldaqlarhara baxırdısa, 2 yaşlı Zəhra da qətlə yetiriləndə ora baxırdılar.

Suriyanı bombalayan,yüz minlərlə insanı qətlə yetirən dünya «ictimaiyyəti» deyilmi?!

İraqı yerlə-yeksaneləyən, bir milyon yarım insanı qanına bələyən dünya «ictimaiyyəti» deyilmi?!

Fələstini, Liviyanı,Yəməni, Somalini, nə bilim ey saymaqla qurtarmaqolur ki, demokratiya adı ilə darmadağın eləyən dünya «ictimaiyyəti» deyilmi?!

Qardaş Türkiyənibölmək üçün PKK-nı, PYD-ni, İŞİD-i, KJK, daha nə bilim hansı kərtənkələləri ən müasirsilahlarlarla silahlandırıb hər gün terror törədənlər dünya «ictimaiyyəti» deyilmi?!

Suriyada terrorçuqüvvələrə minlərlə tır silah-sursat, ağır texnika hədiyyə edib Suriyanı dağıdan, Türkiyəni də təhdid altında saxlayandünya «ictimaiyyəti» deyilmi?!

Ukraynanı dörd yerə bölən dünya «ictimaiyyəti» deyilmi?!

Hər gün həm Afrikadan,həm də ərəb ölkələrindən rezin qayıqlarlaAvropaya qaçmaq istəyən yüzlərlə bədbəxt dənizdə batır. Bəlkə də o qayıqların çoxunu elə dünya «ictimaiyyəti» vurub batırır,kimdi arayıb-axtaran?

O gün Afrikadan İspaniyaya keçmək istəyən bir qayıq ağırlıqdanbatmaq təhlükəsi ilə üzləşir, qaçaqmalçılar 84 nəfər uşağı, gənci, qocanı atırlar dənizin ortasına və təbii ki, hamısı da…

Türkiyədə terror törədənlər, PKK-çılar, nə bilim hansı kərtənkələlər qaçıb Yunanıstana, Almaniyaya, nəbilim Avropanın başqa ölkələrinə gedirlər və həmin ölkələr də onlara qucaq açır, siyasi sığınacaq verir. Terrorçular nə vaxtdan siyasilər sayılıb?! Dünya ictimaiyyəti… Türkiyədədövlət çevrilişinə cəhd göstərib250-dən çox uşaqlı-böyüklü dinc sakini qətl edənlərin, 2500-dən çox insanı yaralayan,şikəst edənlərin həm özlərinin bir çoxu, həm də «imamları» Avropa ölkələrində öz keflərindədirlər. FƏTÖ-nun «baş imamı»Fətullah Gülən oturub Pensilvaniyadahuri-qılmanlarla öz kefində. Dünya ictimaiyyəti…

Görəsən, TürkiyəAvropada və ya ABŞ-da terror aktı həyata keçirən bircə nəfərə sığınacaq versə, barındırsa dünya «ictimaiyyəti» yenə susarmı? Yox, həmindəqiqə tumanını keçirər başına, cumar Türkiyənin üstünə.

Srağagün də Trabzonda15 yaşlı Eren Bülbül adlı bir cocuq əsgərlərə PKK terrorçularının yerini nişan verib kömək etdiyinə görə, elə terrorçulartərəfindən qətlə yetirildi.

Dünya ictimaiyyəti!Yox bir qaşqaldaq!..

Öpeyim, ay sənin ananı, dünyaictimaiyyəti!..

P.S. Qələm dostlarımdanxahiş edirəm ki, dünya ictimaiyyətini beləsuallarla narahat etməyin.


TƏQVİM / ARXİV