adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Avqust 2017 12:15
10416
MƏMLƏKƏT
A- A+

“Gənclərin Simulyasiya Akademiyası” başladı - Foto

"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası” layihəsi başlayıb.

"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası” layihəsinin əsas məqsədi – ölkə gəncliyinin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir. Həmçinin, özəl və idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması da bura daxildir. Qərar qəbulu məsələlərində onların proaktiv fəaliyyətinə dəstək verməklə, gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin etməkdən ibarətdir.

Layihə müddətində "Biznes plan və sahibkarlıq”, "İnnovasiya”, "Komanda quruculuğu və motivasiya” və "Dövlət strukturlarında qərar qəbulu” kimi mövzularda təlimlər peşəkar təlimçilər tərəfindən həyata keçiriləcəkdir.

Layihənin 1-ci günü təlimçi MirƏziz Əzizli tərəfindən "Biznes plan və sahibkarlıq” mövzusunda təlim keçirilib. İştirakçılar təlim mövzusu haqqında ətraflı məlumat əldə etdikdən sonra praktiki sessiyada komanda şəklində müxtəlif istiqamətlər üzrə öz ideyalarını təqdim ediblər.

Layihə çərçivəsində Azərbaycanın gələcək inkişafına istiqamətlənmiş "Azərbaycan 2020 : gələcəyə baxış ” inkişaf konsepsiyası - strateji yol xəritəsi kimi ölkəmizin çiçəklənməsində başlıca perspektiv istiqamətlərin müəyyən edilməsinə yönəlib. Artıq post-neft dövrünə qədəm qoymağımız, ənənəvi neft və neft məhsullarının hasilatı və istehsalı amilləri ölkənin prioritet istiqamətləri kimi qəbul olunmamalıdır. Yüksək elmi-texniki yenilik və tərəqqinin istifadəsini uğurla tətbiq etmiş dünya ölkələri təcrübəsində sözügedən məsələnin əhəmiyyətini dərk edə bilərik. Eyni zamanda ölkənin iqtisadiyyatının dayanıqlı və davamlı olması üçün fəaliyyət istiqamətlərinin diversifikasiyası müasir dövrdə dünyada cərəyan edən qlobal böhran amillərininin təsirindən müəyyən mənada yan keçməyə yardım edən alət kimi çıxış edir. Məhz yuxarıda sadalanan məsələlərin vaciblik dərəcəsini qeyd edərək, ölkə gənclərində innovativ düşünmə meyillərinin artırılması, qərar qəbul etmə prosesində risklərin idarəolunması, anti-böhran fəaliyyətinin təşviqi, dövlət idarəçiliyində və ölkəmizin inkişafı yolunda gənclərin peşəkar kadr kimi yetişdirilməsi, onlarda təşəbbüskarlığın artırılması ideyasını rəhbər tutaraq "Gənclərin Simulyasiya Akademiyası” adlı layihənin icrası nəzərdə tutulub.

Təlimlərdən sonra workshop(qrup işləri) ilə gənclər tərəfindən Simulyasiya keçmiş müxtəlif istiqamətlərdə təkliflər paketi hazırlanıb, müxtəlif qurumlara təqdim ediləcəkdir.