adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Avqust 2017 11:37
3919
İDMAN
A- A+

Ronaldu Messinin jestini təkrarladı - FOTO

"Real"ın futbolçusu KriştianuRonaldu"Barselona"nın qapısına qol vurduqdan sonra Lionel Messinin jestini təkrarlayıb.

"Nou Kamp"da keçirilən İspaniya Superkubokunun ilk qarşılaşmasının 80-ci dəqiqəsində Ronaldu"Real"ın 2-ci qolunu vurub. O, qol vurduqdan sonra formasını çıxararaq, onu tribunalara nümayiş etdirib.

Ötən mövsüm İspaniya çempionatının 33-cü turunda "Santyaqo Bernabeu"da keçirilən oyunda "Barselona"nın qələbə qolunu vuran Lionel Messi də bu jesti etmişdi. Həmin oyunda "Barsa" 3:2 hesabı ilə qalib gəlmişdi.

Superkubokun ilk qarşılaşmasında isə "Real" qalib gəlib - 3:1. Ronaldu qırımızı vərəqə alıb.(komanda.az)