adalet.az header logo
  • Bakı 18°C
14 Avqust 2017 10:43
21909
SİYASƏT
A- A+

XİN: Türkiyə Burkina-Fasoda türk kafesinə hücumu qınayır

Türkiyə Burkina-Fasonun paytaxtında türk kafesinə ölümlə nəticələnən hücumu qınayır. Bu barədə Türkiyə XİN-dən daxil olan məlumatda deyilir.

Məlumatda qeyd edilir: "Türkiyə Burkina-Fasonu terrorizmlə mübarizədə fəal şəkildə dəstəkləyir".

Qeyd edək ki, otən gün Burkina-Fasoda "İstanbul" kafesinə silahlı hücum olub. XİN-in yaydığı məlumata görə, insident nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərdən 1 nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.(trend)