adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Avqust 2017 10:36
7551
MƏMLƏKƏT
A- A+

23 yaşlı oğlan 10-cu mərtəbədən özünü atdı

Bakıda intihar baş verib.

Nizami rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, 1994-cü il təvəllüdlü Həzrət Əsədulla oğlu Musayev yaşadığı binanın 10-cu mərtəbəsindən özünü atıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum deyil.

Faktla Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.