adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Avqust 2017 10:14
25510
SİYASƏT
A- A+

Kremlin boz kardinalı Trampın adamı ilə görüşə gedir

Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə müşaviri Kurt Volkerlə görüşü ya Avstriya, ya da İsveçrədə baş tutacaq.

Bu barədə "Assoşeyted Press” məlumat yayıb.

"ABŞ rəsmiləri görüş yerini hələ müəyyənləşdirilməyib. Görüşün Cenevrə və ya Vyanada keçirilməsi məsələsinə baxılır”, - agentlik bildirib.

Volker Surkovla avqustun sonuna kimi görüş keçirməyi təklif etmişdi.

Vladislav Surkov Rusiyanın boz kardinalı hesab edilir. Bəzi ekspertlər məhz onun Krımın anneksiyasının müəllifi olduğunu bildirirlər.(axar.az)