adalet.az header logo
  • Bakı 19°C
14 Avqust 2017 10:10
14275
MARAQLI
A- A+

“Atatürk” planeti tapıldı

Türkiyəli elm adamlarının rəhbərlik etdiyi araşdırma qrupu Yer kürəsindən təxminən 210 işıq ili məsafədə Yupiter böyüklüyündə planet kəşf edib.

Axar.az xəbər verir ki, türkiyəli elm adamlarının sözlərinə görə, bu planet Yerdən 1300 dəfə böyükdür və çox isti olduğundan həyat mümkün deyil.

2007-ci ildə başladılan araşdırma qrupunda türk, rus və yapon elm adamları iştirak edib.

"Bildiyim qədərilə, Yaponiya, ABŞ, Fransa və Kanada kəşf etdikləri ilk planetə ad qoyublar. Bu niyə də bizdə olmasın? Bizim də belə bir fikrimiz var. Mənim ağlıma gələn "Türk”, "Türk 1” və "Atatürk” adlarıdır”, - araşdırma qrupunun üzvü Məsud Yılmaz bildirib.