adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Avqust 2017 10:00
2827
HADİSƏ
A- A+

Türk restoranına hücum - 17 ölü, 8 yaralı

Burkina-Fasoda türk restoranına hücum edilib.

Adalet.az xarici KIV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində 17 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Həlak olanların və zərər çəkənlərin vətəndaşlığı dəqiqləşdirilməyib. Lakin qeyd edilir ki, onların arasında Türkiyə və Fransa vətəndaşları var.

Hadisə yerli vaxtla saat 21.30 baş verib. Cinayətkarlarla polis arasında atışma baş verdiyi bildirilir.