adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Avqust 2017 22:08
6415
İDMAN
A- A+

Almaniya kubokunda ilk – oyunu qadın idarə etdi

Almaniya kubokunun oyununu tarixdə ilk dəfə olaraq qadın hakim idarə edib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 1-ci mərhələnin "Kemnitser” – "Bavariya” oyunu (0:5) Bibiana Ştaynhausun başçılıq etdiyi briqadaya həvalə olunub.

Qeyd edək ki, 38 yaşlı Ştaynhaus ötən mövsüm bundesliqada da hakimlik edib. Ona növbəti çempionatın oyunları zamanı da təyinat veriləcək.