adalet.az header logo
  • Bakı 20°C
13 Avqust 2017 21:33
12977
DÜNYA
A- A+

Əfqanıstanda İŞİD-in 4 komandiri öldürüldü

Əfqanıstana endirilmiş hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 4 yüksək vəzifəli üzvü məhv edilib.

Bu barədə "Reuters" Kabildəki ABŞ komandanlığına istinadən məlumat yayıb.

Komandanlığın məlumatına görə, Kunar vilayətində keçirilmiş əməliyyat zamanı özünü əmir elan etmiş "İŞİD-Xorasan" qrupunun rəhbəri Abdul Rəhman məhv edilib.

"Abdul Rəhmanın zərərsizləşdirilməsi "İŞİD-Xorasan" təşkilatının rəhbərliyinə daha bir zərbədir", - deyə Əfqanıstanda Amerika qoşunlarının komandanı, general Con Nikolson bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda İŞİD döyüşçülərinin üzərində qələbə bu il əldə ediləcək.