adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Avqust 2017 21:21
5894
İDMAN
A- A+

“Borussiya”dan Dembeleyə ağır cəza - əsas komandadan qovuldu

"Borussiya” futbolçusu Usman Dembeleni qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırıb.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Bunun səbəbləri barədə əlavə açıqlama verilməyib. Yalnız o qeyd edilib ki, 20 yaşlı fransalı hücumçu A komanda ilə məşqlərə çıxmayacaq və istəyərsə, fərdi qaydada hazırlıq keçə biləcək.

Almaniya mətbuatının yazdığına görə, Neymarın PSJ-yə keçidindən sonra adı "Barselona” ilə hallanan Dembele intizamsız hərəkətlər edib. O, icasəsiz olaraq komandanın məşqlərində iştirak etməyib, telefonlara cavab verməyib.

Qeyd edək ki, "Borussiya”nın Dembeleyə görə "Barselona”dan 150 milyon avro təzminat tələb etdiyi bildirilib. Kataloniya klubunu isə bu məbləğ razı salmadığından transfer düyünə düşüb. Məhz bundan sonra Dembelenin "Borussiya”dan incik düşdüyü iddia olunur.