adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Avqust 2017 16:35
4078
İDMAN
A- A+

“Qarabağ”ın oyununa 20 mindən çox bilet satılıb

Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ” – "Kopenhagen” oyunu üçün bilet satışı sürətlə davam edir.

Qol.az-ın xəbərinə görə, bu gün saat 14.00-a olan məlumata əsasən, artıq oyuna 20 mindən çox bilet satılıb. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az saytına açıqlamasında məlumatı təsdiqləyib. O əlavə edib ki, "Qarabağ” azarkeşlərin daha çox ən ucuz – 1 manatlıq biletlərə təlabatının çox olduğunu nəzərə alaraq bunları satışa hissə-hissə çıxarıb: "Çalışırıq ki, ən ucuz biletlər "qara bazar”da yayılmasın. Ona görə də oyuna gününə kimi 1 manatlıq biletlər hissə-hissə də olsa satışda olacaq ki, azarkeşlərimiz maddi imkanları çatdığı bu bileti ala bilsinlər”.

Qeyd edək ki, 1 manatlıq biletlər 9 sektoru əhatə edir ki, bu da ümumən 8 mindən çox bilet deməkdir. Bundan başqa, oyunun keçiriləcəyi Respublika stadionunun kassalarında sektorlardan asılı olaraq 2, 3, 5 , 10 və 50 manata (VİP) da bilet satılır. Ümumilikdə oyun qədər bütün biletlərin tam satılacağı və tribunaların dolacağl gözlənilir.

Xatırladaq ki, "Qarabağ” – "Kopenhagen” matçı avqustun 15-də keçiriləcək.