adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Avqust 2017 11:17
9575
MƏMLƏKƏT
A- A+

Füzulidə Zəhraya qırx mərasimi verilir

Ermənistan silahlı qüvvəllərinin bu il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.

Bu gün - avqustun 13-də azyaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçirilir. Füzuli rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, mərasimdə rəsmi şəxslər də iştirak edir.


Allah rəhmət eləsin...