adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Avqust 2017 23:00
79647
AVTOMABİL
A- A+

Azərbaycana gətirilən avtomobillərin sayı artdı

2017-ci ilin Yanvar-İyul aylarında Azərbaycana 4 468 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 55,2% çoxdur. 2016-cı ilin 7 ayında Azərbaycana 2 879 ədəd nəqiliyyat vasitəsi idxal olunmuşdu.

Adalet.az fins.az-a istinadən bildirir ki, yanvar-iyul aylarında 111 ədəd avtobus, 3 791 ədəd minik avtomobili, 519 ədəd yük avtomobili, 47 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin Yanvar- İyul aylarında 2 475 ədəd minik avtomobili, 300 ədəd yük avtomobili, 44 avtobus, 60 ədəd xüsusi texnika idxal olunmuşdu.